Bakıda 8 otaqlı evdə yanğın olub

Day.Az представляет новость на азербайджанском языке

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şəhərin Xəzər rayonunda ümumi sahəsi 450 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.