Ehtiyatlı olun - Bəzi yollarda təmir işləri aparılır
Day.Az представляет новость на азербайджанском языке
AAYDA-dan Milli.Az-a verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-132 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-120 km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.
Bundan başqa, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Şamaxinka dairəsinə kimi bu gecə saat 23:00-dan səhər saatlarınadək üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре