İmtahanın nəticələri AÇIQLANDI

Day.Az представляет новость на азербайджанском языке

İnzibati icraçı vəzifələr (B növü) üzrə dövlət qulluğuna qəbul üzrə müsabiqənin iyunun 30-da keçirilmiş test imtahanı mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş (DİM-in (TQDK-nın) keçirdiyi qəbul imtahanları nəticəsində ali təhsil müəssisələrinə qəbul olmuş) 1228 namizəddən 489 nəfəri (39.8%) uğur əldə edib.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, imtahanda iştirak üçün qeydiyyatdan keçənlər (1228 nəfər) üzrə ali təhsil ixtisasları iqtisadiyyat və idarəetmə ixtisaslar qrupuna aid namizədlər çoxluq (440 nəfər - 35.8%) təşkil edir. Ən çox uğur qazananlar da 174 nəfər (14.2%) olmaqla, bu ixtisaslar qrupunun payına düşür.

Ali təhsil ixtisasları mədəniyyət və incəsənət ixtisaslar qrupuna aid imtahanda iştirak edənlərin sayının (15 nəfər) faiz göstəricisi imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin ümumi sayına (1228 nəfər) nisbətdə təxminən 1.2% təşkil edir ki, bu da iştirakçı sayına görə ən aşağı göstəricidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.