İmişli-Saatlı yolunda dəhşətli qəza: ölən var

Day.Az представляет новость на азербайджанском языке

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli-Saatlı yolunda qeydə alınıb. Hərəkətdə olan "Lada" markalı avtomobilin qarşısına camış çıxıb və maşın idarəetməni itirərək aşıb.

Nəticədə avtomobildə olan sərnişin. Beyləqan rayon sakini, 1961-ci il təvəllüdlü Sevil Barat qızı Hacıyeva aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.