"Qarabağ"ın hücumuna ulduz futbolçu

Day.Az представляет новость на азербайджанском языке

Sözsüz ki, Premyer Liqada səs gətirən transferlər etməsi gözlənilən komanda "Qarabağ"dır. Çünki azarkeşlər klublarını bu ildə Çempionlar Liqasının qrup mərhələsində görmək istəyir.

Yaxın keçmişdə Pedro Enrike, Riçard Almeyda, Dino NDlovu kimi vacib oyunçularını itirən "ağdamlılar" bu mövsümdə qitənin 1 nömrəli klub turnirində çıxış etmək istəyirsə, transferdə bir az daha sürətlənməlidi.

"Qarabağ"da transferə ehtiyac duyulan ən vacib mövqelər hücum və sağ cinah yarımmüdafiədir və son yayılan sayiələrə görə, hər iki pozisiyada da oynaya bilən futbolçu artıq tapılıb.

Bu oyunçu Balazs Dzsudzsakdır. Hazırda Transfermarkt-də 3,5 milyon avro qiymətində olan 31 yaşlı macar vinqer azad agent statusun daşıyır və "Qarabağ"a transferi ən yaxın futbolçulardandır.

Karyerasının başlağıcında dünya ulduzu olacaq pontensiala sahib futbolçunu, hər kəs transfer etmək istəyirdi. Lakin, o bacarıqlarını və özünü sübut edə bilmədiyi üçün karyerası enişə keçdi.

Əsas mövqeyi yarımmüdafiənin solu olan Dzsudzsak sağ cinahda, hücumçu arxasında hətta hücumçu mövqeyindədə çıxış edə bilir.

Son olaraq BƏƏ-nin "Əl Vaxda" klubunda çıxış edən 31 yaşlı yarımmüdafiəçi karyerası ərzində PSV, "Anji", "Dinamo Moskva", "Bursaspor" kimi klublarda da çıxış edib.

Əgər bu transfer baş tutarsa, Dzusdzsak "Qarabağ"ın sayca 9-cu transferi olacaq.

Qeyd edək ki, "ağdamlılar" daha öncə heyətini İslandiya yığmasının qapıçısı Helderson, "Sportinq"in yarımmüdafiəçisi Simon Slavçev və "Qəbələ"də çıxış edən Filip Ozobiç kimi mühüm transferlərlə gücləndirmişdi.

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: