Diqqət! Şəxsiyyət vəsiqəsini dəyişmə müddətində problemlə üzləşə bilərsiniz

Day.Az представляет новость на азербайджанском языке

Şəxsiyyət vəsiqəsini dəyişən zaman kimsə 5 manatlıq rüsum ödəyib, sənədin 10 günə verilməsini gözləyirsə, o, bu zaman ərzində bir sıra hüquqlarını icra etməkdən məhrum olur. Day.Az bildirir ki, bu isə insanların öz hüquqlarını təmin etmələrində problemlər yaradır.

Hüquqşünas Xəyal Bəşirov bildirir ki, əgər vətəndaşın şəxsiyyət vəsiqəsini dəyişmə müddətində bu vəsiqəni əvəz edən sənədi yoxdursa, o, bankda hansısa əməliyyat apara, əgər xəstədirsə təcili əməliyyatı üçün klinika ilə müqaviləni imzalaya bilməyəcək. Ancaq vətəndaşın bu zaman kəsiyində məhrum olduğu hüquqlar bununla da bitmir.

Xəyal Bəşirov təklif edir ki, vətəndaşların belə problemlərlə qarşılaşmamaları üçün şəxsiyyəti təsdiq edən və şəxsiyyət vəsiqəsi statusunda hansısa müvəqqəti sənədin verilməsi məqsədəuyğun olardı. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Diqqət! Şəxsiyyət vəsiqəsini dəyişmə müddətində problemlə üzləşə bilərsiniz