Paşinyanın hiyləgər planı: Rusiya, yoxsa Qərb?

Day.Az представляет новость на азербайджанском языке

Rusiya, yoxsa Qərb? Bir əldə iki qarpız... Nikol Paşinyanın hiyləgər planı nədən ibarətdir?

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, lenta.ru saytının geniş yer ayırdığı məqalədə Paşinyanın Brüssel səfəri bir neçə aspektdə analiz olunur. Müəllif Konstantin Lyapunov ilk olaraq, Ermənistanın şantaj taktikasını qabardaraq qeyd edir ki, bu ölkə Rusiyanı qərblə, qərbi isə Rusiya ilə şantaj edir. Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü olan ölkələr arasında bircə Ermənistan Brüsselə üz tutub.

Müəllif qeyd edir ki, Ermənistanın baş naziri başda olmaqla, bu ölkənin bütün hökuməti Avropaya qarmaq atır. Məqsəd sadə və aydındır: pul. Amma Ermənistan hökumətinin Qərbdən pul istəməsi ucuz və hörmətsiz addım idi.

Sayt Ermənistan hökumətinin vizit kart paylamaq və pul dilənməklə özünü Brüsseldə rüsvay etdiyini yazır. Qeyd edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ciddi cəhdlə Avropa İttifaqından 70-80 milyon avro pul almaq istəyib. Müəllif onu da bildirir ki, belə biabırçılıqdan sonra Paşinyanın nəinki Qərbin, heç Rusiyanın yanında da hörməti qalmayıb. Ermənistanın baş naziri ölkəsinin iqtisadiyyatını dirçəltməklə məşğul olmaqdansa, şantaj və dilənçilik yolunu tutub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Paşinyanın hiyləgər planı: Rusiya, yoxsa Qərb?