Bakıətrafı 11 qəsəbənin tullantı suları bura oturuləcək

Day.Az представляет новость на азербайджанском языке

Pirşağı qəsəbəsi yaxınlığında məhsuldarlığı sutkada 40 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, layihə üzrə işlərin 70 faizi yerinə yetirilib. Relyef nəzərə alınaraq ərazidə yaranan tullantı sularının toplanaraq təmizləyici qurğuya ötürülməsini təmin etmək məqsədilə giriş nasos stansiyasının yer səthindən 28 metr dərinlikdə yerləşən şaxtası inşa edilib. Burada ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılacaq. Mexaniki təmizləmə prosesi yekunlaşdıqdan sonra tullantı suları bioloji təmizlənmə məqsədilə biofosfor qurğusuna ötürüləcək. Artıq biosfor qurğusunun tikintisi yekunlaşmaq üzrədir. Qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1700 metr uzunluğunda dənizə çıxış xəttinin qaynaq və izolyasiya işləri tam yekunlaşib. Azərbaycanda ilk dəfə olaraq bu qurğuda təmizlənmiş suların bir hissəsinin suvarma məqsədilə istifadə edilməsi planlaşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Tullantı təmizləyici qurğu tikilir