14 İyul tarixində Rabitəbank özünün 25 illik yubileyini 700 nəfərlik işçi heyəti ilə möhtəşəm şəkildə qeyd edib.

Tədbir Dreamland Qolf Klubunda baş tutub. Açılışına bankın 25 illik fəaliyyətinə həsr olunmuş korporativ film ilə başlanılan tədbirin rəsmi hissəsində ilk çıxışı bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev edib.Rabitəbankın yarandığı ilk günlərdən, 1993-cü ildən başlayaraq bugünə qədər keçilən yoldan və gələcək planlardan danışan sədr hər kəsi təbrik edərək növbəti uğurlara kökləyib. Daha sonra bank rəhbərliyi növbə ilə çıxış edərək komandanı təbrik edərəkfərqlənən işçilərə müxtəlif hədiyyələr təqdim ediblər.

Rəsmi hissə bitdikdən sonra bütün əməkdaşlar açıq havada təşkil olunmuş əyləncəli partiyə dəvət olunublar. Çox dinamik və əyləncəli keçən partidə iştirakçıların ixtiyarına verilən açıq bufetlər gecənin sonuna qədər mütəmadi olaraq yenilənib. Müxtəlif ritmik musiqilər, geniş rəqs meydançası və gedişatda keçirilən müxtəlif müsabiqələr iştirakçıları gecə boyu tonusda saxlamağa və əyləncənin pik səviyyəyə çatmasına imkan verib.

Günün sonuna doğru tamamlanan partidən çıxan bütün qonaqlar əvvəlcədən təşkil olunmuş nəqliyyatlar vasitəsilə rahatlıqla evlərinə yollanıblar.

Tədbir qızmar keçən yay fəslinin və qızğın iş ilinin tən ortasında bütün komandanın bir günlük də olsa iş stresindən uzaq olmağa və növbəti illər, növbəti uğurlar üçün motivasiya olmağa kömək edib.

Rabitəbankı 25 illik yubileyi münasibətilə təbrik edir və yeni, bol uğurlar arzu edirik!