Burka və niqab qalmaqalı: dinlə zarafat etmək olarmı?

Day.Az представляет новость на азербайджанском языке

"Dinlə bağlı zarafatlara görə ömürlük gəlir əldə edən biri kimi bəyan edirəm ki, Boris Consonun zarafatı yetərincə yaxşı, mənalı və gülməlidir. Həqiqətən də, çadralı və niqablı müsəlman qadınları poçt qutularına oxşayırlar"

Dünyanın ən məşşur komiklərindən biri, 63 yaşlı Rouen Atkinson Britaniyanın sabiq XİN başçısı Boris Consonu müdafiə edib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 54 yaşlı Aleksandr Boris de Pfeffel-Consonun liderlərindən biri olduğu Britaniya Mühafizəkarlar Partiyası isə sabiq nazirin naqolay "zarafat"ı ilə bağlı araşdırmalara başlayıb. Partiya bu açıqlamanı islamofob məzmunlu, yolverilməz hesab edir. Partiya B.Consondan üzr istəməyi tələb edib.

Boris Conson üzr istəməyəcəyini söyləyib.

"Blackadder" və "Mr. Bean" obrazları ilə məşhur olan R.Atkinsonsa hesab edir ki, Boris Conson üzrxahlıq etməməlidir.

"Ümumiyyətlə, dinlə bağlı bütün zarafatlar kimlərdəsə inciklik doğurur. Buna görə də belə zarafatlara görə üzrxahlıq etməyə dəyməz. Dini qaydalar və yasaqlar insanları yaradıcılıq azadlığının qarşısını alır. Boris Conson pis, mənasız zarafat etsəydi, hə, üzr istəməliydi", - Atkinson deyib.

Dünən onlarla britaniyalı müsəlman Londonun qərbindəki Hillinqdon səmtində, Boris Consonun evinin qarşısında etiraz aksiyası keçiriblər. Analoji aksiya Hillinqdondakı Mühafizəkarlar Assosiasiyasının ofisinin qarşısında da olub.

Aksiya iştirakçıları "İslamofobiyaya yox deyirik", "Rədd olsun irqçilik və islamofobiya!", "Mənim geyimim mənim seçimimdir!" şüarları yazılmış plakatlar tutmuşdular.

Qalmaqalın səbəbi Boris Consonun The Daily Telegraph qəzetində dərc olunmuş köşə yazısıdır.

Yazısında Conson Danimarkanın hakimiyyət dairələrini ictimai yerlərdə burka və niqabın yasaqlanmasına görə tənqil edib.

"Ənənəvi müsəlman geyiminə görə cərimələrin tətbiq olunması gərəksiz, radikalların xeyrinə olan qərardır. Bununla yanaşı, burka və niqab insan azadlığına təzyiq vasitəsidir. İnsanların küçədə poçt qutusu və ya bank qarətçisini xatırladan formada dolaşması axmaqlıqdır. Hesab edirəm ki, dövlət qurumlarında və özəl şirkətlərdə belə geyimlər yasaqlanmalıdır", - B.Conson yazmışdı.

Britaniya müsəlmanlarının liderlərindən biri, Oksford Müsəlman İcmasının (Oxford Islamic Congregation) sədri imam Tac Harqi də B.Consonu dəstəkləyib.

"Həqiqəti dediyinə görə Boris Conson üzr istəməli deyil. Burka və niqab Quranda buyurulmayıb. Qadınların belə geyimdə gəzmələrini tələb etmək İslamın şərtlərini pozmaqla yanaşı, insan hüquqlarının tapdalanmasıdır. Burka və niqab məsələsindən İslamla pərdələnən ekstremistlər, radikallar yararlanırlar. Bu səbəbdən də Fransa, Belçika, Avstriya, Bolqarıstan və Danimarkada olan burka ilə niqab yasağı Britaniyada da tətbiq olunmalıdır", - Tac Harqi söyləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Burka və niqab qalmaqalı: dinlə zarafat etmək olarmı?