Müqavilə müddətini uzatdı: "Daha çox pul təklif etdilər, amma burada xoşbəxtəm"

Day.Az представляет новость на азербайджанском языке

Almaniyanın "Ayntraxt" klubunda yeni müqavilə qeydə alınıb.

Milli.Az xəbər verir ki, Bundesliqa təmsilçisi Ante Rebiçlə sözləşmənin müddətini uzadıb. Yeni müqaviləyə əsasən Xorvatiya milli komandasının üzvü 2022-ci ilədək frankfurtluların şərəfini qoruyacaq.

İmza mərasimindən sonra açqılama verən 24 yaşlı vinger "Ayntraxt"da xoşbəxt olduğunu bildirb: "Başqa klublardan təkliflər aldım. Daha çox pul da təklif etdilər, amma burada xoşbəxtəm. Özümü yaxşı hiss edirəm, önəmli olan da budur".

Qeyd edək ki, Rebiç 2016-cı ildən "Ayntraxt"da çıxış edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.