Buddaçı rahib idi, cinsiyyətini dəyişdirib Taylandın ən gözəl modeli oldu

Day.Az представляет новость на азербайджанском языке

Dünyanin ən gözəl modellərindən biri Mimi Taodur.

Day.Az ölkə.az-a istinadən xəbər verir ki, Mimi Budda məbədindəki məktəbdə təhsil alıb və cinsiyyətini dəyişdirib model olub.

22 yaşlı Mimi oğlan uşağı kimi dünyaya gəlib. 12 yaşında keşiş olmaq üçün kişilərin təhsil aldığı Budda məktəbinə daxil olub. Səbəb isə maddi sıxıntı içində olan ailənin yükünü bir az da olsa azaltmaq idi. Amma özünü bu məktəbə aid hiss etmədi və həyatı ilə bağlı böyük bir dəyişikliyə ehtiyac duydu. Bu səbəbdən məktəbi buraxmaq qərarına gəldi.

Mimi kiçik yaşlarından özünü qız kimi hiss edirdi amma reaksiyalardan qorxduğu üçün bunu nə cəmiyyətə, nə də ailəsinə hiss etdirib. Nəticədə isə qız davranmağa başlayanda sərt reaksiyalara məruz qalır. Amma Mimi bütün çətinliklərin öhdəsindən gəlir və Sinqapura köçərək model dünyasına atılmağa qərar verir.

O, ilham pərisi olan Yui Yuhetkanha adlı model ilə tanış olur və Yui ona 3 ay dərs verir. Bir müddət sonra isə Miminin başına gələnləri bütün dünya öyrənir. Artıq hər kəs onu qadın kimi qəbul etməyə başlayır.

Taylanda qayıdanda isə karyerasının zirvəsinə çatır və ailəsini də unutmur. Mimi anasının bütün borclarını bağlayır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.