"Viaqra"dan da güclü olan əvəzsiz bitki - Bu giləmeyvədən yesəniz...

11 августа 2018 19:15

Day.Az представляет новость на азербайджанском языке

"Qarpız qabığının ağ hissəsi kişilər üçün reseptlə alınmış dərmanlar qədər faydalı olduğu halda, bu qabıqları uzunqulaqlara veririk".

Day.Az publika.az-a istinadən xəbər verir ki, bu açıqlama cinsi əlaqə üzrə mütəxəssis məsləhətçilərdən gəlib.

Mütəxəssislərin fikrincə, qarpız qabığının ağ hissəsi cinsi istəyi artıran "Viaqra"dan da faydalıdır. Belə ki, bu giləmeyvənin ağ hissələrində böyük miqdarda sitrülin maddəsi var. Bu maddə vücuda daxil olduqdan sonra isə cinsi istəyi artıran argenin maddəsinə çevrilir. Argenin damar divarlarında daha çox nitrik-oksidin istehsalını təmin edir və cinsi istəyi artıran maddə təsiri verir.

Qarpızın digər faydaları

Qarpız yüksək miqdarda A və C vitamini deməkdir.

Qan təzyiqini normallaşdırır.

Tərkibində olan likopen sümük möhkəmliyini qoruyur.

Bədənin ehtiyacı olan kalsium və kaliumu təmin edir.

Xərçəng hüceyrələrinə qarşı müqavimət göstərir.

Böyrəkləri təmizləyir, astma, ürək və damar tıxanıqlığı, diabet, döş xərçəngi və duzlaşmanın qarşısını alır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!