Tuba Büyüküstünlə intim vəziyyətdə yaxalanan sevgilisindən gözlənilməz qərar - FOTO

11 августа 2018 11:53

Day.Az представляет новость на азербайджанском языке

Sevgilisi Tuba Büyüküstünlə çimərlikdə intim vəziyyətdə şəkilləri çəkilən Ümid Evirgen bir daha Bodruma getməməyə qərar verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tuba Büyüküstün hadisəni unutdurmaq üçün qaçış planı qurub. Diqqət mərkəzində olmaq istəməyən film udluzu sevgilisi ilə İtaliyanın Toskana şəhərinə yollanıb. İddialara görə, cütlük Toskanadakı üzüm bağları və YUNESKO-nun qeyri-mədəni irsinə daxil olan yerləri gəzəcək.

Xatırladaq ki, 36 yaşlı 2 uşaq anası olan Tuba Büyüküstünün Ümid Evirgenlə çimərlikdə çəkilən şəkilləri aktrisanın ailəsini qəzəbləndirib. Yeri gəlmişkən, Tuba Büyüküstünlə iş adamı olan sevgilisi tənqid olunduğu şəkillərdən dolayı bir daha Bodruma getməməyə qərar verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!