Salyanda güclü külək bir neçə ağacı aşırıb

Day.Az представляет новость на азербайджанском языке

Salyan rayonunda güclü külək bir neçə ağacı aşırıb. 

Day.Az Report-a istinadən xəbər verir ki, ötən gün axşamdan başlayan güclü külək hələ də davam edir. 

Bu gün güclü küləyin təsiri nəticəsində şəhərin Heydər Əliyev küçəsində 80 il bundan öncə qrunt sularının qarşısını almaqdan ötrü əkilmiş, el arasında "Keçi buynuzu" adlanan ağac sınaraq yola düşüb. Külək həmin küçədə daha bir Eldar şamını da kökündən qopararaq aşırıb. 

Salyan rayon yaşıllaşdırma idarəsinin işçiləri ağacları budayaraq ərazidən uzaqlaşdırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.