Türkiyədə “Məşədi İbad sayağı” əhvalat - Azərbaycanlı qadınla evləndi, 10 gün sonra ...

11 августа 2018 14:12

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Manisa bölgəsinin Gördes qəsəbəsinin sakini K.G.-nin başına "O olmasın, bu olsun" filminin süjetini xatırladan əhvalat gəlib.

Day.Az virtualaz.org-a istinadən xəbər verir ki, qəsəbə sakini A.R.T (44 yaşında) qohumu K.G.-ni Azərbaycan vətəndaşı olan qadınla tanış edib. Daha sonra o, qohumundan "tanışlıq haqqı" kimi 4 min lirə alıb.

 

Azərbaycanlı qadınla evlənən və 10 gün birlikdə yaşayan K.G. çox keçmədən sürprizlə qarşılaşıb. Qadın Azərbaycana geri dönüb və nəticədə onun qohumuna verdiyi pul batıb. A.G. qohumundan şikayət edib. Manisa bölgə Jandarma Komandanlığı tərəfindən dələduzluq şübhəsi ilə saxlanılan A.R.T. daha sonra sərbət buraxılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!