İranda atışma olub, 11 nəfər ölüb

Day.Az представляет новость на азербайджанском языке

İranın şimal-qərbində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) döyüşçüləri və terrorçu qrup arasında atışma olub, nəticədə 11 terrorçu məhv edilib.

Day.Az bildirir ki, bu barədə Oxu.az Anadolu agentliyinə istinadən xəbər verir.

İİKK-nin verdiyi məlumata görə, terrorçular qanunsuz olaraq İran ərazisinə girməyə cəhd ediblər.

İİKK atışmada itki verib-vermədiyi barədə məlumat verməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.