Azərbaycanlı sənətçi dünyasını dəyişdi

Day.Az представляет новость на азербайджанском языке

Qax Dövlət Kukla Teatrının yaradıcılarından biri, teatrın rəssamı Əmrah Məmmədov dünyasını dəyişib. Bu haqda məlumatı rəssamın yaxını, tanınmış aktyor və rejissor Vüsal Hacı Qədir Milli.Az-a bildirib:

"Mən də Qax Dövlət Kukla Teatrında bir il işləmişəm. Əmrah ustadımız teatrın quruluşcu rəssamı olub. Teatrın təməlini qoyan insanlardan biri olub. Allah ona rəhmət etsin, gözəl insan və sənətkar idi" deyə bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.