Tərtərdə 17 yaşlı qız itkin düşüb - FOTO

11 августа 2018 16:36

Day.Az представляет новость на азербайджанском языке

Tərtər rayonunda 17 yaşlı qız itkin düşüb.

Day.Az bildirir ki, bu barədə Report-a Tərtər Rayon Polis Şöbəsindən bildirilib. 

Məlumata görə, Tərtər rayonunun Hüsü Hacıyev küçəsində yaşayan 2001-ci il təvəllüdlü Nuranə Rəhman qızı Əhmədova avqustun 4-ü günorta saatlarında naməlum şəraitdə evdən çıxıb və geri qayıtmayıb.

 

Bir neçə gündür polis əməkdaşları tərəfindən həyata keçirilən axtarışlar hələlik heç bir nəticə verməyib. Onu görən şəxslərdən aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

050-783-43-21, 055-211-66-36

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!