Misirdə terror aktının qarşısı alındı

11 августа 2018 18:35

Day.Az представляет новость на азербайджанском языке

Misirin təhlükəsizlik qüvvələri Qahirənin Mustarad şəhərətrafı qəsəbəsində Müqəddəs Məryəm məbədinin yaxınlığında terror aktı cəhdinin qarşısını alıblar.

Day.Az bildirir ki, AZƏRTAC-ın Misir KİV-lərinə istinadla verdiyi xəbərə görə, məbədə gələnlərə hücum planlaşdıran intiharçı-terrorçu kilsə ətrafında ciddi təhlükəsizlik tədbirləri həyata keçirildiyindən partlayışı vaxtından əvvəl törədib. O, yerindəcə keçinib. Partlayışdan heç kim zərər çəkməyib.

Hazırda hüquq-mühafizə orqanlarının nümayəndələri müşahidə kameralarını izləyirlər.

Xatırladaq ki, bu günlərdə xristian-qibtilər həmin məbəddə Müqəddəs Məryəm Ananın mövludunu qeyd edirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!