Renat Dadaşov Portuqaliyada debüt etdi

11 августа 2018 19:21

Day.Az представляет новость на азербайджанском языке

Millimizin üzvü Renat Dadaşov yeni klubu  "Eştoril"də debüt edib.

Day.Az qol.az-a istinadən xəbər verir ki, 19 yaşlı hücumçu Portuqaliya Sequndasında yeni mövsümün açılış  matçında "Portu"nun B komandasına qarşı oynayıb.

Görüşə ehtiyatda başlayan Dadaşov 63-cü dəqiqədə - komandası hesabda 3:0 irəlidə olarkən meydana daxil olub.

Oyun "Eştoril"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!