"Çelsi" yeni baş məşqçinin rəhbərliyi altında ilk qələbəsini qazandı - VİDEO

12 августа 2018 09:08

Day.Az представляет новость на азербайджанском языке

Londonun "Çelsi" klubu futbol üzrə İngiltərə Premyer Liqasının birinci dövrəsi çərçivəsində "Haddersfild Taun" komandası ilə keçirdiyi matçda böyükhesablı qələbə qazanıb.

Day.Az Report-a istinadən xəbər verir ki, "Con Smits" stadionunda keçirilən görüş 3:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

"Zadəganlar" qələbəni N'Qolo Kante, Pedro və Jorjinyonun vurduğu qollar sayəsində bayram ediblər.

Bu, London klubunun yeni italiyalı baş məşqçisi Mauritsio Sarrinin İngiltərə çempionatında ilk oyunu olub.

"Çelsi" növbəti turda öz meydanında "Arsenal"ı qəbul edəcək, "Haddersfild" isə hazırkı çempion "Mançester Siti" ilə qarşılaşacaq.

Digər oyunlarda "Tottenhem Hotspur" "Nyukasl Yunayted"i (2:1), "Bornmut" "Kardiff Siti"ni (2:0), "Fulhem" isə "Kristal Pelas"ı (2:0) məğlub edib.

"Mançester Yunayted" mövsümün ilk oyununda "Lester" üzərində qələbə qazanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!