2 min il əvvəl yaşamış insanda bu xəstəlik tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Misirdə qədim məzardan çıxarılan 2 min illik mumiyanın xərçəngdən öldüyü məlum olub.

Day.Az xəbər verir ki, mumiya Nyu-Yorkdakı Crous Xəstəxanasında tomoqrafiya ediləndən sonra ayağının alt hissəsində xərçəng olduğu müəyyən edilib.

Müasir dünyada texnologiya və hava çirkliliyi üzündən yarandığı düşünülən xərçəng xəstəliyinin 2 min il əvvəl yaşamış bir şəxsdə aşkar edilməsi elm adamlarını təəccübləndirib.

Doktor Mark Levinson mumiyada nadir rast gəlinən bədxassəli şiş aşkarladıqlarını bildirib. Qədim insanın konkret olaraq hansı səbəbdən öldüyü bəlli deyil. Ancaq onun xərçəng səbəbindən və ya bir əməliyyat zamanı öldüyü güman edilir. Antik Misir elmi xərçəng xəstəliyini müəyyən edə bilməsə də, xəstələrin müalicəsi üçün əməliyyat etdikləri məlumdur. /Publika.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.