Müsabiqədə iştirak etmiş hərbi gəmilər Bakı limanını tərk etdi

Day.Az представляет новость на азербайджанском языке

"Dəniz kuboku-2018" beynəlxalq müsabiqəsində iştirak etmiş xarici dövlətlərin hərbi gəmiləri Bakı limanını tərk edib.

Day.Az Trend-ə istinadən bildirir ki, avqustun 12-də "Dəniz kuboku-2018" beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin "Cövşən", "Peykan" raket katerləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" və "Mahaçkala" kiçik artilleriya gəmiləri, eləcə də "SB-45" xilasetmə yedək gəmisi və Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin "Manqistau" raket-artilleriya gəmisi Bakı limanını tərk edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.