Maradona yeni məşqçiyə qapını göstərdi

12 августа 2018 16:25

Day.Az представляет новость на азербайджанском языке

Brestin "Dinamo" klubu baş məşqçisi Aleksey Şpilevski ilə yolları ayırıb.

Day.Az bildirir ki, Goal.az-ın Belarus mətbuatına istinadən yaydığı xəbərə görə, Şpilevski bu vəzifəyə ay yarım əvvəl - iyunun 29-da təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda keçirdiyi 7 oyundan 2-də qalib gəlmiş, 3-də heç-heçə etmiş, 2-də isə uduzmuşdu. Onunla yanaşı, komandanın rəisi Yuri Savçenko da istefaya göndərilib.

 

Xatırladaq ki, "Dinamo"nun klubunun direktorlar şurasına əfsanəvi futbolçu Dieqo Maradona rəhbərlik edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!