Serbiya NATO-dan kompensasiya tələb edir: 1999-cu ilin bombardmanına görə

12 августа 2018 17:26

Day.Az представляет новость на азербайджанском языке

Serbiya vətəndaşları 1999-cu ildə NATO qüvvələrinin bombardmanına görə kompensasiya almalıdırlar. Bunu Belqrada səfəri zamanı Rusiya XİN informasiya və mətbuiat departamentinin direktoru Mariya Zaxarova deyib.

Day.Az bildirir ki, virtualaz.org-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Serbiyanın XİN başçısı İvitsa Daçiçlə görüşü zamanı jurnalistlərin suallarını cavablandıran Zaxarova qeyd edib ki, müvafiq müraciət olarsa, rusiyalı ekspertlər də Serbiyaya vurulmuş zərərin məbləğinin dəqiqləşdirilməsində iştirak edə bilər.

M.Zaxarova bildirib ki, bombardman zamanı Serbiyada olan NATO hərbçiləri artıq həmin kompensasiyaları alırlar: "Təsəvvür edirsinizmi, bu necə absurd vəziyyətdir? İşğalçı kompensasiya alır, qurban almır".

Xatırladaq ki, 1999-cu ildə Kosovo albanlarının Azadlıq ordusu ilə Serbiya ordusunun və polisinin silahlı toqquşmaları NATO qüvvələri tərəfindən Belqradın bombardmanı ilə nəticələnmişdi. Yoxsullaşdırılmış uran bombaları ilə aviazərbələr 1999-cu ilin mart ayının 24-dən iyun ayının 10-na kimi davam etmişdi.

 

Qubanların dəqiq sayı məlum deyil. Serbiya hakimiyyətinin hesablamalarına görə, bombardman günlərində 2500-ə yaxın adam həlak olub, bunlardan 89 nəfəri uşaqdır. 12500 nəfər yaralanıb. Maddi ziyan, mnüxtəlif mənbələrə görə, 30-100 milyard dollar təşkil edir.

NATO-nun hərbi əməliyyatı BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmədən həyata keçirilmişdi. Buna səbəb isə Qərb dövlətlərinin Serbiya hakimiyyətinin Kosovoda etnik təmizləmələr aparması ilə bağlı iddiaları olmuşdu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!