"Ayrılığı qəzetdən öyrəndim"

13 августа 2018 01:36

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Sinan Akçılın gənc aktrisa Buse Narcı ilə eşq yaşadığı ortaya çıxıb. 

Day.Az axşam.az-a istinadən bildirir ki, Narcı Akçıl üçün "O mənim yunan heykəlim" şərhini yazmışdı. 

Amma cütlüyün sevgisi uzun davam etmədi. Sevgililər bir neçə həftədən sonra ayrılıb. Ayrılığı Sinan "Tanış olma ərəfəsində yollarımızı ayırdıq, qəlbimdə başqa biri var" sözləri ilə elan edib. 

Sinan ayrılıqdan bir neçə gün sonra "2016 Best Model" birincisi Gizem Kayalı ilə görüntülənib. Bu hadisədən sonra Buse səssizliyini pozub. Narcı "Xəbəri qəzetdən oxudum. Guya birlikdə qərar vermişik. Sinan bu qərarı hər halda ikinci ruhu ilə aldı. Öz-özünə münasibəti bitirdi" deyə, açıqlamasında bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!