Leysan yağışlar şimal-qərb bölgəsinə ziyan vurub

Day.Az представляет новость на азербайджанском языке

Dünən axşam saatlarından başlayaraq Qax rayonunun dağlıq ərazilərinə yağan güclü leysan yağışları çaylarda su səviyyəsini artırıb. Xüsusən Kürmük və Ərdəva çaylarında daşqınlar əmələ gəlib.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Çinarlı kəndini şəhərlə birləşdirən yeganə çıxış yolu, betondan quraşdırılmış keçidi sel-suları yuyub aparıb.Yerli bələdiyyə və müvafiq idarələr axşamdan texnikanın köməyi ilə kəndin sel təhlükəsi olan yerlərini mühafizə edib. Təcili ehtiyacı olanlar traktor və xüsusi texnika vasitəsilə daşınıb.

Zaqatalada da selin törətdiyi fəsadların aradan qaldırılması yönündə işlər davam edir. Aidiyyatı qurumlar tərəfindən gücləndirilmiş rejimdə iş aparılır.

Sel suları əsasən rayon mərkəzinə su ötürən su hövzələrinə də ciddi ziyan vurub. Nəticədə Rayon mərkəzində yaşayan 32 min əhaliyə içməli suyun verilişi dayandırılıb.

Hazırda Danaçı, Aşağı çardaqlar, Yevlax -Göybulaq -Gürcüstan magistral yolunun Lahic, Bəhmədli ərazisindən keçən hissəsində, eləcədə yeni massiv, Azərbaycan prospekti, Nemət Kusayev küçələrinin dağıntı olan hissələrində asfalt örtüyü yenilənir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Leysan yağışlar şimal-qərb bölgəsinə ziyan vurub