Qaradağda qəza - 1 ölü

Day.Az представляет новость на азербайджанском языке

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən qəza olub.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, "VAZ" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1954-cü il təvəllüdlü Hüseynova Elza Hüseyn qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.