Təzyiqi normada saxlayan 3 ən ucuz məhsul

Day.Az представляет новость на азербайджанском языке

Arterial hipertenziya (hipertoniya) insan həyatını qısaldan əsas xəstəliklərdən biridir.

Təzyiqin daim normadan yüksək olması bütün orqanizmə mənfi təsir edir, orqanizmi zəiflədir və qocaldır.

Bu səbəbdən təzyiqi daim normada saxlayan hər vasitədən istifadə etmək lazımdır.

Bunun üçün heç də hər zaman çoxlu vəsait sərf etmək tələb olunmur. ABŞ alimlərinin fikrinə görə, bəzi çox ucuz məhsullar təzyiqi normada saxlamağa əla kömək edir.

Day.Az saglamolun.az-a istinadən Amerika alimlərinin seçdiyi 3 belə məhsulu sizə təqdim edir.   

1. Su

Adi suyun kifayət miqdarda istehlakı qanı duruldur, təzyiqi tənzimləyir, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır.

Buna ciddi əks-göstərişlər yoxdursa, ABŞ alimləri gün ərzində təxminən 1,5 l adi təmiz su içməyi tövsiyə edirlər.

Su həmçinin orqanizmi ziyanlı maddələrdən təmizləyir, artıq çəkini yığmağa mane olur, xərçəngin riskini azaldır.  

2. İspanaq

İspanaq əslində göyərti deyil, tərəvəzdir. Qidalı liflər, folatlar və kaliumla zəngin olan ispanaq arterial təzyiqi tənzimləməyə yardım edir, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

3. Sarımsaq

Təzyiqi normada saxlamaq üçün alimlər hər gün 2-3 diş sarımsağı yeməyi tövsiyə edirlər. Sarımsaq qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır, təzyiqi normallaşdırır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.