Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır

Day.Az представляет новость на азербайджанском языке

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Azərbaycanda Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya üzrə məsləhətləşmələr keçirməyi planlaşdırır.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov deyib.

Nazir bildirib ki, qəbul olunmuş razılaşmalara əsasən bu görüş altı aydan gec olmayaraq keçirilməlidir.

Onun sözlərinə görə, bu məsləhətləşmələr Konvensiyada göstərilən razılaşmaların reallaşdırılmasına həsr olunacaq.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib

Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.