Məşhur aktyoru görənlər tanımadı

Day.Az представляет новость на азербайджанском языке

Britaniyalı komik, stənd-ap ustası və aktyor Rassel Brend "Four Kids and It" adlı yeni filmdə baş rolda çəkilir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 43 yaşlı aktyor Dublin şəhərindəki Milli Tarix Muzeyindəki çəkiliş meydançasını tərk edərək gəzintiyə çıxanda onu görənlər tanımayıblar.

Jaklin Uilsonun 2012-ci ildə dərc olunmuş romanı əsasında çəkilən filmdə R.Brend "Tristan" adlı mənfi qəhrəman obrazındadır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.