Sürücü avtomobilini aşıraraq hadisə yerindən qaçıb

Day.Az представляет новость на азербайджанском языке

Tovuz rayonunda avtomobil qəzası baş verib.

Day.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun Cırdaxan kəndi ərazisində yerləşən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb.

Belə ki, VAZ markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerindən qaçıb. Şahidlərin sözlərinə görə, sürücü sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.