Gözdəki hansı əlamət hansı xəstəliyin xəbərçisidir?

Day.Az представляет новость на азербайджанском языке

Diabetdən hipertoniyaya, ürək narahatlıqlarından beyin şişinə, miqrendən qalxanabənzər vəzin xəstəliklərinə qədər bir çox xəstəlikləri gözlərdən təşxis etmək mümkündür.

Day.Az medicina.az-a istinadən xəbər verir ki, bir çox xəstəliyi gözlərdən müəyyən etməklə erkən müalicəyə başlanıla bilər. Bunun üçün gözünüzdən şikayətiniz olmasa da, müntəzəm olaraq göz müayinəsindən keçmək xəstəliklərin ilkin diaqnozunu və müalicədə müvəffəqiyyət şansınızı yüksəldir.

Günümüzdə bir çox insan, ancaq sağlamlıq problemləri dözülməz hala gəldiyi zaman həkimə müraciət edir. Halbuki, xəstəliklərin diaqnostikasında gecikmələr xəstəliyin irəliləməsinə və gözlərdə müxtəlif fəsadlara, hətta tam görmə itkisinə səbəb olur.

Gözlərdən müəyyən edilə bilən xəstəliklər:

Diabet və hipertoniya

Xalq arasında şəkər xəstəliyi kimi tanınan diabet, gözlərə ciddi ziyan vurur. Göz həkimi, göz dibinin müayinəsi ilə xəstəyə diabet diaqnozu qoya bilir. Cüt və tək görmə diabet və hipertoniyaya işarə edən əlamətlərdir. Bu xəstəliklərə bağlı olaraq meydana gələn bu cür görmə kiçik damar tıxanmaları zamanı baş verir. Qalxanabənzər vəzin xəstəlikləri də cüt görməyə və gözün irəliyə çıxmasına səbəb olan əsas xəstəliklərdən biridir.

Miqren

Miqren, müvəqqəti görmə qüsurları, cisimlərin ətrafında qırılmalar, gözdə işıq saçmaları, sınıq və dalğalı görmələr, görmə sahəsində kor nöqtənin böyüməsi və hərəkətə gəlməsi kimi əlamətlərlə özünü göstərir. Uzun müddətli görmə itkisinə səbəb ola bilər. 

Xərçəng xəstəliyinin xəbərçisi ola biləcək beyin və göz şişi, gözdə əlamət olmadan belə həkim tərəfindən müəyyən edilə bilər.

Beyin və göz şişləri, göz bəbəyində şəkil pozuntularına, göz qapağında düşmələrə, qəfil yaranan ağrılı görmə itkisinə, göz və ətrafında ağrıya səbəb ola bilər. Xərçəng xəstəliyinin xəbərçisi ola biləcək beyin şişi, xəstədə hələ ki, bu şikayətlərin heç biri olmadan belə göz həkimi tərəfindən müəyyən edilə bilər.
Gözlərdə sarı rəng, qaraciyər xəstəliyinin və ya xolesterol yüksəkliyinin əlaməti ola bilər.

Qaraciyər xəstələrində də ilk əlamətlər gözdə ortaya çıxır. Gözün xarici tərəfindəki şəffaf hissəsində ancaq göz həkiminin anlayacağı sarı halqa yaranır. 

Gözlərinizin səhərlər şiş olması gizli ürək xəstəliyinin xəbərçisi ola bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.