Şəhriyar Məmmədyarov “Grand Chess Tour”da üçüncü yeri tutub

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Grand Chess Tour 2018" seriyasının üçüncü mərhələsi - "Saint Louis Rapid & Blitz" turniri Hikaru Nakamuranın qələbəsi ilə başa çatıb. Blits üzrə yarışların ikinci dövrəsində amerikalı şahmatçı 9 mümkün xaldan 5,5 xal toplayıb və bununla da topladığı xalları 22,5-ə çatdırıb. Nakamura onu izləyən Maksim Vaşye-Laqravı 1 xal üstələyib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, üçüncü yeri 21 xalla (4) şahmatçımız Şəhriyar Məmmədyarov, dördüncü yeri 20 xalla (4,5) İtaliya təmsilçisi Fabiano Karuana tutub.

Yarış iştirakçılarının yekun mövqeləri (rapid + blits) belədir: 1.Hikaru Nakamura - 22,5 xal; 2.Maksim Vaşye-Laqrav - 21,5 xal; 3.Şəhriyar Məmmədyarov - 21 xal; 4.Fabiano Karuana - 20 xal; 5.Levon Aronyan - 18 xal; 6.Sergey Karyakin - 17 xal; 7.Lenyer Dominqes - 16 xal; 8.Aleksandr Qrişşuk - 15,5 xal; 9.Uesli So - 15 xal; 10.Vişvanatan Anand - 13,5 xal.

Qeyd edək ki, bu il turnirin keçirilmə sistemi dəyişdirilib. Belə ki, dörd mərhələnin yekunlarına görə 1-4-cü yerləri tutan iştirakçılar seriyanın bu ilin dekabrında Londonda keçiriləcək final turnirində çıxış etmək imkanı qazanacaqlar.

"Grand Chess Tour 2018"in sabah açılışı olacaq dördüncü mərhələsi - vaxta klassik nəzarət qaydasında keçirilən "Sinquefield Cup" turnirinin ilk qarşılaşmaları avqustun 18-də baş tutacaq. Təşkilatçılar tərəfindən nominant qismində hazırkı dünya çempionu norveçli Maqnus Karlsen çıxış edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.