İlin sonunadək Gəncədə 30 küçəyə asfalt döşənəcək

Day.Az представляет новость на азербайджанском языке

Gəncədə şəhərin tarixində ən böyük sosial infrastruktur layihəsi olan içməli su xətti və kanalizasiya sisteminin yenidən qurulması işləri uğurla icra edilir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, 1600 diametrlik əsas kollektor xəttinin 80 faizi artıq hazırdır. Şəbəkə işlərinin isə 60 faizə yaxını yekunlaşıb. Hazırda şəhərin ayrı-ayrı küçələrində qrafik üzrə qidalandırıcı su xətlərinin çəkilməsi prosesi davam edir. Ümumilikdə şəhərin 1000-dən çox küçəsini əhatə edən layihənin 2019-cu ilin sonunda başa çatacağı planlaşdırılıb.

Yaxın günlərdə su və kanalizasiya xətlərinin çəkildiyi küçələrin asfaltlanmasına başlanacaq. İlin sonunadək isə şəhərin 30 küçəsinin asfaltlanması başa çatacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.