7 ayda Azərbaycan əhalisinin gəlirləri 30 milyard manatdan çox olub

Day.Az представляет новость на азербайджанском языке

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 30 milyard 331,0 milyon manat olub.

Day.Az Trend-ə istinadən bildirir ki, nominal gəlir əhalinin hər nəfərinə orta hesabla 3 min 094,8 manat təşkil edib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 27905,4 milyon manatlıq və ya əvvəlki ildəkindən 9,9 faiz çox vəsait qalıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.