İnsanın üz ifadəsini təkrarlayan robot hazırlanıb

Day.Az представляет новость на азербайджанском языке

Yapon alim Takayuki Todo insanla göz təması quraraq onun üz ifadəsini təkrarlayan "SEER" robotunu Vankuverdə (Kanada) keçirilən "SIGGRAPH" sərgisində təqdim edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, "SEER" real vaxt rejimində insanların üz cizgilərini tanıyan və izləyən kamera vasitəsilə işləyir. O, imitasiya rejimində insanın qaşlarının və göz qapaqlarının hərəkətlərini, həmçinin başının vəziyyətini təkrarlayır. Bu, hələ ki, yalnız incəsənət layihəsidir, lakin alimin əsaslandığı texnologiya böyük potensiala malikdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.