Qızışan siyasi mübarizə Ermənistanın məhvinə səbəb olacaq - Erməni ekspertlərdən etiraf

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan hakimiyyətində mövcud olan quldur dəstələr tam zərərsizləşdirilməyib. Bu səbəbdən növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac var.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu fikirləri Nikol Paşinyan baş nazir seçilməsinin 100 günü ilə bağlı təşkil etdiyi mitinqdə deyib. Ermənistanın baş naziri bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün konstitusiyaya düzəlişlər ediləcək. Növbədənkənar seçkilər yalnız baş nazir vəzifədə olduğu təqdirdə keçiriləcək. Paşinyan qeyd edib ki, quldur dəstə parlamentdən də tam uzaqlaşdırıldıqdan sonra ölkədə stabillik əldə oluna bilər.

N.Paşinyanın səsləndirdiyi fikirləri şərh edən erməni siyasi ekspertləri bildiriblər ki, Paşinyan da bundan əvvəlki hökumət başçıları kimi yalan vədlər verib baş nazir postuna gəldi. İndi isə problemin həll olunmamasını Ermənistanın ağır iqtisadi vəziyyəti ilə əlaqələndirməyə çalışır. Sadəcə olaraq "məxməri inqilab" zamanı xalqa qəhrəman lazım idi. Paşinyan da bu vəziyyətdən istifadə etdi.

Bundan başqa, siyasi ekspertlər qeyd ediblər ki, parlamentdə çoxluğun Respublikaçılarda olması Paşinyanı narahat edir. Bu səbəbdən parlamentdəki çoxluğu əldə etmək üçün növbədənkənar seçkilərin keçirilməsini istəyir. Ekspertlərin fikrincə, eks-prezident Robert Köçəryanın həbsdən çıxması daşnakların və respublikaçıların fəallaşmasına səbəb olub. Bu da yaxın zamanda tərəflər arasında böyük siyasi mübarizənin olacağından xəbər verir.

Erməni ekspertləri bildiriblər ki, qızışan siyasi mübarizə isə Ermənistanın məhvinə səbəb olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz