“Qalatasaray”dan daha bir transfer

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə çempionu "Qalatasaray" növbəti transferini rəsmiləşdirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Super Liqa nəhəngi digər elita təmsilçisi "Alanyaspor"da çıxış edən Əmrə Akbabanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul klubu yeni transferi ilə 3 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi yeni komandasında 20 nömrəli formanı geyinəcək.

Akbaba "Qalatasaray"da ilinə 1 milyon 750 min avro qazanacaq. "Alanyaspor"a isə 4 milyon avro təzminat ödəniləcək.

Ötən ildən Türkiyə yığmasına da dəvət almağa başlayan Akbaba, 2013-cü ildən "Alanyaspor"da çıxış edirdi. O, daha öncə "Kahramanmaraş" və "Antalyaspor" klublarında da forma geyinib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz