Qurbanlıq heyvanların satışında canlanma müşahidə olunur

Müqəddəs Qurban bayramı ilə əlaqədar qurbanlıq heyvanların satışında canlanma müşahidə olunur.

Bakıya isə heyvanlar kütləvi şəkildə bölgələrdən gətirilir.Tovuzda xırdabuynuzlu heyvan saxlayanlar deyir ki, bir neçə gün əvvəldən heyvan almaq üçün müraciət edənlər var. Bu günlərdə isə alıcı daha da çoxalıb. Maldarlıqla məşgul olan fermerlər elə həyətdə satış edirlər. Təsərrüfat sahibləri bildirir ki, məslə qurbanlıqla baglı olduğuna görə heyvanlar Allah yolunda kəsiləcəyinə görə qiymətlər də bazar qiymətindən aşağı olur.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, tovuzlu fermerlər bu il sifarişə uyğun Bakı, digər şəhər və rayonlara heyvanlar aparıb satırlar.Əksər təsərrüfat sahibləri isə sifarişləri yerlərdə qəbul edirlər. Paytaxta heyvan kəsimi məntəqələrindən sahibkarlar özləri gəlib təsərrüfat sahələrində qurbanlıq heyvanlar seçirlər.

Paytaxtdakı satış yerlərinə Tovuzla yanaşı digər rayonlardan daheyvanlar aparılır.

Qurban bayramı ərəfəsində Bərdəli təsərrüfat sahibləri də heyvanlarını satmağa başlayıblar. Burda da qiymətlər bazar qiymətindən aşagıdır.

Xırdabuynuzlu heyvanlar nisbətən azdır. Əsasən iribuynuzlu heyvanların satışına üstünlük verilib.

Təsərrüfat sahibləri deyir ki, alıcılar indidən müraciət edirlər. Bayramdan bir gün əvvəl heyvanlar satılmaq üçün əsasən paytaxta aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:
Qurbanlıq heyvanların satışında canlanma müşahidə olunur