“Namiq və anası” - “Bizim Cəbiş müəllim”-in məşhur qəhrəmanları 49 il sonra yenidən bir arada

Day.Az представляет новость на азербайджанском языке

Milli kinomuzun incilərindən sayılan "Bizim Cəbiş müəllim" filmini yəqin ki, izləməyən yoxdur. Məşhur rejissor Həsən Seyidbəylinin lentə aldığı ekran işində müharibənin insan həyatına təsiri təsvir olunub. Ekran işi bu gün də tamaşaçılar tərəfindən maraqla izlənilir.

Milli.Az filmin əsas obrazlarından olan, Namiq rolunun ifaçısı Ziya Seyidbəyli və onun anası obrazını yaradan, xalq artisti Səfurə İbrahimovanın fotosunu sizlərə təqdim edir.

ATV telekanalı üçün çəkilmiş verilişdə sənətkarları jurnalist Əli Novruzəliyev 49 il sonra yenidən bir araya gətirib.

Qeyd edək ki, Ziya Seyidbəyli filmin rejissoru Həsən Seyidbəylinin oğludur. Film 1969 cu ildə çəkilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.