Azərbaycanlıları təhqir edən veriliş heyəti efirə qayıdır

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan türklərini təhqir edən "Fitilə əmiləri" adlı qrup yenidən İran televiziyasına qayıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, "Əkizlər kollektivi" adı ilə televiziyaya qayıdan qrup İran Səhiyyə Nazirliyinin yardımı ilə uşaqlar haqda proqramla çıxış edəcək.

Qeyd edək ki, 2015-ci il noyabrın 6-da İran televiziyasında yayımlanan "Fitilə" televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən bir türk uşağının təsvir edilməsi Güney Azərbaycanın əksər şəhərlərində etirazlara səbəb olmuşdu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.