Azərbaycanlı məşhura AĞIR İTKİ - oğlu öldü

Day.Az представляет новость на азербайджанском языке

Aktyor Sadiq Nasirin oğlu dünyasını dəyişib.

Anews.az-ın məlumatına görə, xəbəri milli.az-a təsdiqləyən aktyor oğlunun ölümündə həkimləri günahlandırıb:

"Ürəyim, içim qan ağlayır. Allah heç kimə bala acısı göstərməsin. Oğlumu həkimlər oldürdü, o günahsız mələk həkim səhlənkarlığının qurbanı oldu. Həkimlər ona heç bir diaqnoz qoya bilmədilər, bütün analizlərin cavabı təmiz çıxdı.

Yas məclisini yola verəndən sonra məhkəməyə üz tutacağam. Həmin həkimlər mütləq şəkildə cəzalarını çəkməlidir".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.