Bəy toydan 13 saat sonra keçindi

Day.Az представляет новость на азербайджанском языке

Britaniyanın Bristol şəhərinin sakini Mişel Uayt nişanlısı Skott Plamlinin ölümcül, sağalmaz xəstəliyə mübtəla olduğunun öyrənəndən sonra toya tələsirdi.

Milli.Az The Sun-a istinadən bildirir ki, Mişellə Skott iki il əvvəl tanış olublar. Ötən ilin əvvəlində müayinə zamanı həkimlər Skottda mədə xorası olduğunu demişdilər. Lakin bu ay bəlli olub ki, Skottda bağırsağın termal mərhələdə xərçəngi var. Həkimlərin dediklərinə görə, Skott avqustun sonunadək yaşamaya bilərdi.

Diaqnoz açıqlanan günün ertəsi Mişellə Skottun toyu olub.

Mərasim Skott Plamlinin yerləşdirildiyi hospitalda keçirilib.

Mişel toya ailə üzvlərini və qohumlarını toplamışdı. Tort və çiçəkləri onun rəfiqələri almışdılar. Qonşu xanım isə Mişelin saç düzümü ilə məşğul olmuşdu.

Skott mərasimdən 13 saat sonra keçinib.

"Uzun illər boyu tibb bacısı və dayə olmuşam, qocalar evində çalışmışam, palliativ yardım göstərmişəm. Çox ölüm görmüşəm. Skottun ölümü ən gözəl ölümlərdən biri idi.

Cəmi 13 saat onun xanımı oldum. Amma əvəzində qaynanam, qaynatam, qohumları və çoxlu dostlarım var", - Mişel ağlayaraq söyləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.