Mətanətin kişilərlə araq süfrəsindəki görüntüləri rekord qırdı: "Allah haqqı, limon suyu idi"

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Mətanət Əsədovanın sosial şəbəkələrdə yayılan görüntüləri iki gündür əsas müzakirə mövzusuna çevrilib. 
 
AZXEBER.COM xəbər verir ki, müğənni oturduğu içki məclisində araq içir. Görüntülərdə müğənni məclisdə oturan kişilərdən birinin söyüş söyməsinə etiraz edir. 
 
Məsələ ilə bağlı danışan Mətanət Əsədova sözügedən görüntüdəki içkinin araq yox limon suyu olduğunu deyib: 
"Allahıma and olsun ki, o limon suyu idi, məni tanıyan hər kəs bilir təzyiqim olur. Yanımda müğənni Valeh İsrafilov da var idi, o limonu adi suya sıxdı. Vallah, billah mən içkiyə meyilli insan deyiləm. İçki içmirəm hər kəs bilir bunu ... Məclis idi oturduq ifa etdim. Söyüş olanda belə rica etdim ki, ata mən burdayam dedim ki, içkili insandı özünü ələ alsın, söyüş söyməsin. Allah bilsin bu işi sifarişli görənlərlə ...". 
 
Görüntülərdə nalayiq ifadələrin olmasını nəzərə alın onu səssiz təqdim edirik.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
 

Videonu izləmək üçün şəklə klikləyin:
Mətanət Əsədovanın içki içərkən videosu yayılıb