"Salsa kralı" villasını satdı

Day.Az представляет новость на азербайджанском языке

Məşhur amerikalı müğənni və bəstəkar, "salsa kralı" kimi tanınan Mark Entoni ABŞ-ın Los-Anceles şəhərinin "Tarzana" şəhərində yerləşən villasını 3,2 milyon dollara satıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, 49 yaşlı sənətçi villanı 2015-ci ildə 4,216 milyon dollara satışa çıxarmışdı.

Mark Entoni və onun üçüncü, 2014-cü ildə evləndiyi arvadı, 30 yaşlı Şenon De Lima bu villanı elə həmin il 3,3 milyon dollara satın almışdılar.

Mark Entoni venesuelalı model Şennon De Limanı 2017-ci ildə boşayıb.

Villanın 5 yataq otağı, 7 vanna otağı, kitabxanası, iş kabineti, ikimərtəbəli mətbəxi, bar salonu, spa-salonu, böyük hovuzu, 4 avtomobil üçün qarajı, 1 hektarlıq həyəti var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.