UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqladı - Messi siyahıda yoxdu

Day.Az представляет новость на азербайджанском языке

UEFA 2017/2018 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Milli.Az xəbər verir ki, siyahıda 3 oyunçu yer alıb. Bunlar İspaniya təmsilçisi "Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç, yay fasiləsində "kral klubu"nu İtaliya "Yuventus"un dəyişən hücumçu Kriştianu Ronaldu və İngiltərənin "Liverpul" komandasının forvardı Məhəmməd Salahdır. 

Barselonanın hücumçusu Messi isə siyahıda yer almayıb.

Qeyd edək ki, qalibin adı avqustun 30-da Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.