Netanyahudan Trampa təşəkkür mesajı: ABŞ-ın İsraildən böyük dostu yoxdur...

Day.Az представляет новость на азербайджанском языке

İsrailin baş naziri Beyamin Netanyahu ABŞ-a təşəkkür edib.

Milli.Az bildirir ki, Qüdsdə ABŞ-ın milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton ilə görüşən baş nazir İsrailin bölgədəki hərbi üstünlüyünün qorumasında ABŞ-ın qəti davranışını təqdir etdiyini bildirib.

Netanyahu İsrailin ABŞ-dan böyük bir müttəfiqi və dostu olmadığını, eyni şəkildə, ABŞ-ın da İsraildən daha böyük bir müttəfiqi olmadığını düşündüyünü deyib. Bu dostluq və səmimiyyətin prezident Donald Trampın vəzifədə olduğu müddətdə daha güclü hala gəldiyini qeyd edib.

 

Qeyd edək ki, görüşdə ABŞ-İsrail münasibətlərinin daha da gücləndirilməsi, İran, Suriya və Qəzza mövzusundakı siyasətləri və s. müzakirə edilib.

Netanyahu, əlavə olaraq, ABŞ-ın İran ilə nüvə razılaşmasından çəkilməsinə görə təşəkkür edib. /publika.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.