Pentaqon messencer hazırlayır

Day.Az представляет новость на азербайджанском языке

ABŞ Müdafiə Nazirliyinin (Pentqaon) Perspektiv Tədqiqat Layihələri Agentliyi anonim və təhlükəsiz mobil messencerin hazırlanmasına 44 milyon dollar ayırıb.

Day.Az ICTnews-a istinadən xəbər verir ki, hakerlər sistem qovşaqlarından birinə müdaxilə etdiyi halda belə yeni proqram hər bir istifadəçinin "tam məxfiliyini", həmçinin "ötürülən mesajların bütövlüyünü" təmin etməlidir.

Proqram daxilində həmsöhbətlərin dialoqları şifrələnəcək. Həmçinin messencer internetə çıxış olmayan bir şəbəkə daxilində işləməlidir.

 

Sözügedən proqram 2019-2023-cü illər ərzində işlənib hazırlanacaq. Yeni messencerin "Android" əməliyyat sistemi üçün versiyasını hazırlamaq planlaşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.